Rezidenturaya imtahan verənlərin

Dövlət İmtahan Mərkəzi (DİM) sabahdan 2017/2018-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirdiyi qəbul imtahanının II mərhələsinin imtahan protokollarının və cavab kartlarının emalına başlayacaq.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib. DİM-dən bildirilib ki, iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 6-8 iyul tarixlərində saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)