Dollar bahalaşacaq, yoxsa...

Son günlər dolların tezliklə yenidən bahalaşmağa başlayacağı haqda fikirlər söylənilir.

“Bunu şərtləndirən faktorlardan da biri Mərkəzi Bankın (AMB) keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondu (SOFAZ) tərəfindən satılan ABŞ dollarının həcminin hər ay nisbətən artmasıdır”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Pərviz Heydərov bildirib:

“Əvvəla, ölkəyə idxal əvvəlki illərdəki kimi deyil, azalıb. İxrac idxaldan üstündür. Yəni satdığımız aldığımızdan çoxdur. Deməli, qazancımız xərcimizdən yüksəkdir. Buna iqtisadi dildə ticarət və tədiyyə balansı deyirlər. Eləcə də, ABŞ dolları dünya üzrə də elə bahalaşmır. Məsələn, 2015-ci ilin dekabrında Federal Ehtiyat Sistemi faiz dərəcəsini qaldıran kimi dünya bir-birinə qarışdı. Cari ilin 2-ci yarısında dolların məzənnəsində artım olsa da, heç bir ajiotaj baş vermədi. Ən azı 2019-cu ilin yarısına və yaxud sonunadək hökumət manatın dəyərini qorumaq fikrindədir”.

Mərkəzi Bankın valyuta məzənnələri - Bu gün

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR