Sızanaqlardan xilas edən LİMON MASKASI

Sızanaqları təbii şəkildə yox etmək üçün ən effektiv üsul limon ilə hazırlanan maskalardır.

Metbuat.az xəbər verir ki, limonu birbaşa sızanaq olan hissəyə tətbiq etsəniz, dərinizdə qıcıqlanma yarada bilər. Bunun üçün limonun içərisinə fərqli məhsullar əlavə edə bilərsiniz.

Tərkibi:

1 ədəd yumurta ağı

1 çay qaşığı limon suyu

Hazırlanması:

Kiçik kasanın içərisinə yumurta ağını tökün və köpürənə qədər qarışdırın. Daha sonra təzə sıxılmış limon suyu, yumurta ağı əlavə edin. Qarışığı dərinizə sürtüb 10-15 dəqiqə saxlayın, sonra dərinizi bol su ilə yuyun. Limon maskasının dərinizə faydası üçün həftədə bir dəfə tətbiq edin. Yumurtanın ağındakı vitaminlər sayəsində dərinin pH dəyəri düzəlir və sızanaq əmələ gəlməsini əngəlləyir. Limon maskası sızanağın dəridə yaratdığı qırmızı ləkələri də yox edir.

Aysel Yaqubqızı / Metbuat.az

Bu qarışımı içməklə xərçəng xəstəliyinə tutulma riskini azalda bilərsiniz - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR