Mahmud Qurbanov: "Son qərarı özü verəcək"

Mahmud Qurbanov: "Son qərarı özü verəcək"
15:17 8 Yanvar 2015
182 İdman
Ölkə mətbuatı
A- A+

“Robert Prosineçki ilə AFFA-da tez-tez görüşüb, söhbətləşirik. Bəzi futbolçular var ki, onların oyununu bəyənib. Amma kimləri milliyə çağıracağı hələ bəlli deyil. Son qərarı Prosineçkinin özü verəcək”.

Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Mahmud Qurbanov deyib.
  
Azərbaycan yığmasında köməkçi-məşqçi funksiyasını yerinə yetirən Qurbanov millinin məşqçi heyəti ilə birlikdə sabah Türkiyəyə yola düşəcək. Yanvarın 24-dək orada qalacaq Prosineçki və köməkçiləri Antalya şəhərində hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcəklər.

Qurbanovun fikrincə, klubların Antalya toplanışı millinin məşqçiləri üçün də çox önəmlidi: “İndiki məqamda əsas iş Antalyaya gedib, oradakı klubları izləməkdi. Bu, baş məşqçiyə və bizə futbolçularla bağlı daha artıq məlumat toplamağa kömək edəcək”.
  
Prosineçki ilə millinin sabiq çalışdırıcısı Berti Foqtsu müqayisə etmək istəməyən Qurbanov sözlərinə belə davam edib: “Prosineçki təzə gəlib. Hələ onun işini görməmişik. Buna görə də, Prosineçki ilə Foqtsu müqayisə etməyi düzgün saymıram. Hər məşqçinin öz oyun fəlsəfəsi var”

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR