Zəhraya ŞƏHİD adı veriləcək?

Ermənilərin ötən gün cəbhə bölgəsində həyata keçirdikləri təxribat nəticəsində ölən 2 yaşlı Zəhra Quliyevaya Şəhid adının verilib-verilməyəcəyi ilə bağlı oxucular tərəfindən Metbuat.az-a ünvanlanan suala millət vəkili Fazil Mustafa cavab verib.

O bildirib ki, Şəhid adının verilməsi üçün nəzərdə tutulan prosedurlar var:

"Müharibə şəraitində düşmənin müəyyən təxribatı nəticəsində dünyasını dəyişən insanlar şəhid adını qazanırlar. Ona görə də, Zəhraya şəhid adının verilməsində heç bir problem olmamamlıdır”.  

Qeyd edək ki, İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzulirayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

2 yaşlı Zəhra ilə bağlı - PETİSİYA BAŞLADILDI / SƏS VERƏK!

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR