"Bakıelektrikşəbəkə"də kütləvi ixtisarlar var? - AÇIQLAMA

"Bakıelektrikşəbəkə"də kütləvi ixtisarlar var? - AÇIQLAMA
15:27 8 Yanvar 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

“Bakıelektrikşəbəkə” ASC adıçəkilən qurumda çalışan 900 nəfərin ixtisara salınması ilə bağlı məsələyə münasibət bildirib
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

““Bakıelektrikşəbəkə”də heç bir ixtisar aparılmır”.

Mətbuat katibi onu da vurğulayıb ki, Şirkətin idarələrində çalışan işçilərin gələcəkdə də ixtisarı nəzərdə tutulmur: “Bu barədə söhbət gedə bilməz”, - T. Mustafayev əlavə edib.

Qeyd edək ki, bəzi informasiya agentliklərində yayılan məlumatlarda qeyd olunur ki, “Bakıelektrikşəbəkə”nin 900 işçisi ixtisar edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR