Bakı əhalisinin nəzərinə: "Ehtiyatlı olun!"

Bakı əhalisinin nəzərinə: "Ehtiyatlı olun!"
15:27 8 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

Təcili Tibbi Yardım Stansiyası əhaliyə müraciət edir
Qarlı havada Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından əhaliyə müraciət olunub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev anspress-ə bildirib ki, vətəndaşlar belə havalarda diqqətli olmalıdırlar.

“Əsasən, yaşlılar və uşaqlar özlərini qorumalıdırlar. Vacib olmadığı təqdirdə yaşlı insanlar çölə çıxmasınlar. Onlar yıxılıb, özlərinə xəsarət yetirə bilərlər. Yaşlıların sümükləri zəif və kövrək olur. Onların sınıq xəsarətləri alması riski daha yüksəkdir. Uşaqları da qorumaq lazımdır. Yıxılan insana yaxınlıqdakı insanlar yardım etsinlər. Əgər qanaxma varsa, ilkin olaraq onun qarşısını alsınlar”, - Oqtay Şahmalıyev bildirib.

Oqtay Şahmalıyev onu da əlavə edib ki, insanlar belə havalarda, əsasən, təbii geyimlərdən istifadə etsinlər: “Təbii və isti geyinmək lazımdır. Küçədə, soyuqda dayanmasınlar. İmkan dərəcəsinə isti içkilər içsinlər. Özlərini narahat hiss edən şəxslər dərhal həkimə müraciət etməlidir”.

Qeyd edək ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.

Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR