Daniel Çiobano: “Rumıniya səfirliyi NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”

15:32 8 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 15:29 ]

Bakı. Anaxanım Hidayətova – APA. Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristiano Çiobano səfirliyin 6 il ərzində NATO-nun Azərbaycanda əlaqələndirici ofisi qismində fəaliyyətinin ümumi hesabatını açıqlayıb.

APA-nın məlumatına görə, diplomat bildirib ki, bu müddət ərzində  Rumıniya səfirliyi Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verib.

 

Rumıniya səfirliyi Azərbaycan Prezident Administrasiyasına, xarici işlər və müdafiə nazirliklərinə, Milli Məclisin beynəlxalq münasibətlər komitəsinə dəstək verdiyi üçün, habelə NATO ilə bağlı məlumatların yayılmasında yüksək peşəkarlıq göstərdikləri üçün Azərbaycan jurnalistlərinə təşəkkür edib.

 

Diplomat səfirliyin müxtəlif qurumlarla uğurlu əməkdaşlıq etdiyini bildirərək, ictimai diplomatiya ilə bağlı məlumat verib. 2014-cü ilin NATO-Azərbaycan münasibətlərində hadisələrlə zəngin olduğunu deyən səfir Azərbaycsn prezidenti İlham Əliyevin NATO Baş Qərargahına səfər etdiyini, qurumun baş katibi və digər rəsmiləri ilə görüşlər keçirdiyini vurğulayıb. D. Çiobanu həmçinin bildirib ki, ötən il Azərbaycan və NATO nümayəndələrinin qarşılıqlı səfərləri baş tutub.

 

Səfir qeyd edib ki, Rumıniya səfirliyi NATO-nun əlaqələndirici ofisi kimi daha 2 il fəaliyyət göstərəcək. Onun sözlərinə görə, növbəti iki ildə Azərbaycanda NATO-nun dəyər və prinsiplərini təbliğ edən konfrans və seminarların keçirilməsi davam edəcək. Diplomat bildirib ki, səfirlik NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

 

“Biz həm də NATO-nun təhlükəsizlik siyasəti haqqında Azərbaycan ictimaiyyətini məlumatlandırmaqda davam edəcəyik”, - deyə o vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR