Dadından doymayacağınız qarpız şərbəti

Yay fəslinin sevimli meyvələrindən biri də qarpızdır.

Metbuat.az xəbər verir ki, qarpızdan sərinləmək üçün həm yeyə, həm də şərbət hazırlayıb içə bilərsiniz.

Şərbətin tərkibi:

1 litr qazlı su

4 stəkan kub formasında doğranmış qarpız

Zəncəfil

Yarım xiyar dilimləri

Təzə nanə yarpaqları

1 x/q şəkər tozu

Buz

Hazırlanmasına gəldikdə zəncəfil və şəkər tozunu üyüdün və 2 stəkan qarpız dilimini əlavə edib sirop halına gələnə qədər qarışdırın. Daha sonra şüşə qaba qarpız və zəncəfil qarışımını (siropunu), qalan qarpız kublarını, xiyar və nanə yarpaqlarını əlavə edin. Soyuducuya qoyun. Süfrəyə verərkən buz əlavə edin.

Nuş olsun!

İFTARA ÖZƏL: Gəncə dovğasının hazırlanması - RESEPT - Oxumaq üçün tıklayın





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)