Keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, dizayner Viktoriya Bekhem əvvəlki imicinə qayıdıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dizayner uzun saçlarını bob stilində qısa kəsdirib. Viktoriya yeni imicdə fotosunu sosial şəbəkədə paylaşıb. Bu isə izləyicilərin təəccübünə səbəb olub. Belə ki, fanatları Bekhemi uzun müddətdir qısa saçda görmürdülər.

Fanatların əksəriyyəti dizaynerin yeni saç formasını bəyənib. Viktoriyanın qəfil saç düzümünü dəyişməsini onun hər hansı jurnalın fotosessiyasına və ya reklam çəkilişi ilə əlaqələndirirlər.

Milli.Az