Kənan M.M Zəhra üçün

Tanınmış rejissor Kənan M.M bir neçə gün əvvəl ermənilər tərəfindən nənəsi ilə birlikdə vəhşicəsinə qətlə yetirilən 2 yaşlı Quliyeva Zəhra haqda şeir yazıb.

Metbuat.az həmin şeiri təqdim edir:

Onlar Zəhra üçün şeir dedi - VİDEO - Oxumaq üçün bura tıkla

Zəhra dünyada gülə bilmədi, 

Peyğəmbər balası Zəhradan qaldı.

Bu dərdi güllələr silə bilmədi,

Zəhra mələk oldu, dünyada qaldı.

O, indi cənnətdə huri mələkdir,

Cənnətdə peyğəmbər qucağındadır.

Dözməyən bu dərdə qanlı ürəkdir,

Şəhidlər peyğəmbər ocağındadır.

Bütün mələklərin adı Zəhradır,

Mələklər Zəhraya mələk deyirlər.

Zəhrasız bu dünya boş bir səhradır,

Cənnətə Zəhralar gərək deyilər.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR