Bakıda 9 nəfərlik ailə küçədə qalacaq...

İki gündən sonra Həsənovlar ailəsinin evi söküləcək.

Bu barədə Metbuat.az-a Ülkər Həsənova məlumat verib. Bildirib ki, bir müddət əvvəl icra hakimiyyətinin nümayəndələri onlara 2 günə evdən çıxamaları barədə xəbərdarlıq edib. Pprosesi sürətləndirmək üçün evin işıq və qazı kəsilib. Paytaxtın 4-cü mikrorayon ərazisində yerləşən 2 otaqlı evdə yaşayan 9 nəfərlik ailə indi hara gedəcəyini bilmir.

Problemlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zəngimizə cavab verən olmadı.

Məsələ diqqətimizdədir...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR