Buraxılış imtahanlarının nəticələri ilə bağlı

Bu il keçirilən XI sinif buraxılış imtahanlarının nəticələri təxminən ötən ilki səviyyədədir.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu il IX sinif üzrə buraxılış imtahanları həm forma, həm də məzmun baxımından ötən ilki imtahanlardan fərqlənir: "Ona görə hər ikisinin nəticələrini müqayisə etmək düzgün olmazdı. Biz yalnız bu ilki IX sinif buraxılış imtahanının ikinci mərhələsinin nəticələrini ötən illə müqayisə edə bilərik. İmtahanın birinci mərhələsini isə ötən ilki imtahanla müqayisə etmək mümkün deyil, çünki keçən il belə bir imtahan keçirilməyib".

M.Abbaszadə deyib ki, test imtahanlarının nəticəsi də ötən illə müqayisədə ciddi dəyişməyib: "Amma onu da qeyd etmək istəyirəm ki, IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri gözlənilən idi. Biz 2012-ci ildən başlayaraq, monitorinq imtahanları keçiririk. Bu imtahanların nəticələrindən də görünürdü ki, müəyyən sahələrdə, xüsusilə riyaziyyat fənnində yaddaş məktəbindən təfəkkür məktəbinə keçid tam şəkildə başa çatmayıb".//Trend

Mİkayıl Cabbarovdan yeni - ƏMR - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)