DİQQƏT: Bu bitkilər sizi öldürə bilər

Şəkər, un, duz, hormonlu və hazır qidaların sağlamlığa zərərli olduğu deyilir, ancaq bəzi faydalı olduğunu düşündüyünüz qidaların ölümcül olduğunu bilirsiniz? 

Metbuat.az xəbər verir ki, meyvə tumları sağlamlığa zərərlidir. Alma tumunun tərkibində təhlükəli sionid turşusu var. Mütəxəssislər deyir ki, şaftalı və ərik tumu da zəhərlidir.

Pasterizə edilməmiş balın tərkibindəki “grayanotoksin” (Andromedotoksin) maddəsi baş gicəllənməsi, halsızlıq, tərləmə, mədə bulanması və qusmaya səbəb ola bilər.

Pomidor zərərli deyil, ancaq sapı və yarpağında olan qələvi zəhərlər mədəyə zərər verə bilər.

Ton balığı, balığın sorduğu civə səbəbi ilə təhlükəli ola bilər. Bu kimyəvi element bədəninizə girdiyi zaman ya böyrəklərinizdən keçəcək? ya da beyninizə çatacaq. Bu səbəblə, mütəxəssislər uşaqlara və hamilə qadınlara ton balığı yeməməyi məsləhət görür.

Kartofun yarpaqlarında, köklərində və tumurcuqlarında olan “Glikoalkaloid” zəhərli maddəsi çox istifadə edildiyi zaman ölümə səbəb olur. Bu kimyəvi maddələr sancılara, ishala, baş ağrısına, komaya, hətta ölümə gətirib çıxarır.

Aysel Yaqubqızı / Metbuat.az

Alnınıza soğan qoyun, möcüzə olacaq - XALQ TƏBABƏTİ - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR