Dünya Bankı: Müharibə Suriyaya 226 milyard dollara başa gəlib

Dünya Bankı: Müharibə Suriyaya 226 milyard dollara başa gəlib
03:57 11 İyul 2017
2 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyul. REPORT.AZ/ Dünya Bankının analitikləri Suriyadakı vəziyyətlə bağlı hesabat hazırlayıblar.
"Report" xəbər verir ki, onlar müharibənin ölkəyə vurduğu ziyanı hesablayıblar.
2011-ci ildən Suriyada başlayan hərbi əməliyyatlar ölkə iqtisadiyyatına 226 milyard dollar məbləğində ziyan vurub.
"İnfrastrukturun dağıdılmasından çox, sosial-iqtisadi əlaqələrin pozulması ölkəyə böyük ziyan vurub", - deyə bankın analitikləri hesab edirlər.
Müharibədən əvvəl Suriya ÜDM-i 60,2 milyard dollar təşkil edirdisə, indi bu göstərici 24 milyarddan çox deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dunya-banki-muharibe-suriyaya-226-milyard-dollara-basa-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR