Sobada tərəvəzli toyuq yeməyi

Axşama dadından doymayacağınız tərəvəz yeməyi hazırlaya bilərsiniz.

Metbuat.az tərəvəzli toyuq yeməyinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

3 ədəd toyuq döşü

2 ədəd qabaq

2 ədəd yerkökü

10 ədəd xırda pomidor (cherry)

13 ədəd xırda soğan

2 ədəd kartof

1 stəkan zeytun yağı

1 çay qaşığı qara istiot

2 diş sarımsaq

1 çay qaşığı kəklikotu

100 qr kaşar pendiri

1 stəkan yarım su

 Hazırlanması:

Kartof, yerkökünün qabıqlarını soyun və kub formasında doğrayın. Qabaqların qabığını soymadan qalın kub halında doğrayın. Soğanı soyub pomidorların saplarını çıxarın. Toyuğun döşünü kub formasında doğrayın. Seramik soba qabının içərisinə məhsulları əlavə edin. Üzərinə zeytun yağı, duz, qara istiot, sarımsaq, kəklikotu və su əlavə edin. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan aldıqdan sonra üzərinə süzgəcdən keçirilmiş kaşar pendiri əlavə edin və 5 dəqiqə bişirin. 

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

İFTARA ÖZƏL: Ləvəngisinin hazırlanma qaydası - RESEPT - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)