Suraxanıda "Land Rover" "Kamaz"la toqquşdu

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol nəqqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində "Land Rover" markalı minik avtomobilinin "Kamaz" markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 01:21-də başa çatıb.

Bakıda market yanıb - FHN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR