Cennifer Lopes yeni klipində SOYUNDU: Tropik bitkilərin fonunda çılpaq pozalar - VİDEO

Cennifer Lopes yeni klipində SOYUNDU: Tropik bitkilərin fonunda çılpaq pozalar - VİDEO
11:18 12 İyul 2017
107 Şou
Ölkə mətbuatı
A- A+

Pop ulduzu Cennifer Lopes ənənəsinə sadiq qalaraq bu dəfə də kilpində seksual görüntüləri ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Cennifer Lopes “Gente De Zona” Kuba qrupu ilə ispan dilində oxuduğu “Ni T Ni Yo” adlı mahnıya çəkdirdiyi klipi təqdim edib. 70-ci illərin ruhunda və tropik üslubda çəkilən klip Cənubi Floridada lentə alınıb.

Süjetə əsasən klipin qəhrəmanı Cennifer bir fotoqrafla tanış olur: Qəhrəmanlar silsiləli fotosessiyadan sonra gözlənilmədən başa düşürlər ki, bir-birinə vurulub. Video parlaq və ehtiraslı alınıb: Çarxda ulduz keçən həftə konsertində geyindiyi dərin yarıqlı qara libası və tropik bitkilərin fonunda çılpaq pozalar verib.

Ceylo seksual rəqsləri ilə də pərəstişkarlarını bir daha ovsunlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/205882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR