Banklar bu hallarda zaminləri bezdirir...

Borclu kreditini ödəmədikdə məsuliyyət zaminlərin üzərində qalır. Banklardan tez-tez gələn zənglər isə həmin şəxsləri bezdirir.  

“Banklar borclular əvəzinə zaminlərə zəng edib bezdirmələri qanuna ziddir”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı hüquqşunas Xəyal Bəşirov bildirib. Onun sözlərinə görə, zaminlər borclu ilə müştərək qaydada məsuliyyət daşıyır:

“Kredit müqaviləsi bağlanan şəxslə zaminlik müqaviləsi də bağlanır. Zaminlik müqaviləsi kredit müqaviləsinə əlavə olaraq bağlanılır. Həmin müqaviləyə əsasən, zaminlər borclu ilə müştərək qaydada məsuliyyət daşıyır. Amma borclu pulu ödəmədikdə banklar zaminlərə zəng edib bezdirməməlidir. Bu, qanuna ziddir. Zaminlər kreditlə bağlı borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Təcürübəmdə də bu hadisələrlə dəfələrlə qarşılaşmışam. Banklar işdən çıxdığı üçün kreditini ödəyə bilməyən borcludan ümidlərini üzüb, zaminlərə üz tuturlar. Məhkəmənin qərarından sonra icraçılar zaminləri bezdirməyə başlayırlar. Amma doğru deyil. Onlar zaminlə parallel olaraq borclu ilə də bağlı tədbir görməlidir. Müqaviləyə görə, zaminlər borclu ilə müştərək qaydada məsuliyyət daşıyır”.

Hansı provayder daha sürətlidir? - ADSL, yoxsa... – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR