Bu uşaqların ölüm riski daha yüksəkdir

Həftəsonu doğulan körpələrin ölüm riski daha yüksəkdir.

Metbuat.az xəbər verir ki, aparılan araşdırma körpələrin doğum günü ilə əlaqədar qəribə faktı ortaya çıxarıb. İngilis elm adamları həftəsonu doğulan körpələrin ölüm riskinin həftə içi doğulanlara görə daha yüksək olduğunu vurğulayıb.

İngiltərədə müxtəlif xəstəxanalarda dünyaya gələn 1.3 milyondan çox körpənin incələndiyi araşdırmada həftəsonu doğulan hər min körpədən 7-nin həyatını itirdiyi məlum olub.

Elm adamları həftəsonu körpə ölümlərinin daha çox olmasının səbəbini xəstəxanalarda həftəsonları daha az həkimin olması və sağlamlıq xidmətinin zəif işləməsi ilə əlaqələndirir.

Araşdırmaçılar həftəsonu xəstəxanalarda doğum edən anaların infeksiya və uşaqlarda yaralanma riskinin yüksək olduğunu ifadə edib. Araşdırmanı aparanlardan professor Vill Palmer məsələ üzərində işləməyin vacibliyini vurğulayıb.

Araşdırmanın nəticələri “British Medical Journal” jurnalında dərc olunub.

London İmperiyal Universitetinin elm adamları ölüm hallarına həftənin çərşənbə axşamı günü daha az rast gəlindiyini açıqlayıb.

Aysel Yaqubqızı / Metbuat.az

DİQQƏT: Bu bitkilər sizi öldürə bilər - Alma, pomidor... - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR