Dünyanın 14 ən cazibədar MİLYARDERİ - FOTO

Dünyanın 14 ən cazibədar MİLYARDERİ - FOTO
13:18 12 İyul 2017
Ölkə mətbuatı
A- A+

Maddi baxımdan qadının kişidən asılı olması stereotipi dünyada artıq çoxdan dağılıb. Müasir dünyada bir çox xanımlar öz peşəsində nəzərəçarpacaq nəticələr əldə edərək böyük pullar qazana bilir. Və bu qadınlar təkcə iti ağlı ilə deyil, həm də gözəlliyi ilə seçilir.

Publika.az bu yazıda oxucuları dünyanın 14 cazibədar milyarder xanımı ilə tanış edib.

1. Şarlotta Kaziraqi - 5,7 milyard dollar

30 yaşlı Şarlotta Kaziraqi 5,7 milyard dollarlıq sərvətə sahibdir. O, İtaliyanın mərhum sənaye sahibi Stefano Kaziraqi və Monako şahzadəsi Karolinanin ikinci övladıdır. Şarlotta Monako taxt-tacının səkkizinci varisidir.

2. Mari Besne-Byuvalo - 2,5 milyard dollar

35 yaşlı Mari Besne-Byuvalo iki qardaşı ilə birlikdə Avropanın ən iri süd məhsulları istehsalçısı olan “Lactalis” fransız süd şirkətinə rəhbərlik edir.

3. Perenna Key - 1,3 milyard dollar

24 yaşlı Perenne Key Honkonqda daşınmaz əmlakın satışı ilə məşğul olan sahibkar ailəsində anadan olub. Qız da valideynlərinin yolu ilə gedib. O, hazırda “Logan Property Holdings” şirkətində səhmlərin 85% -inin sahibi və oranın direktorudur.

4. Sara Bleykli - 1 milyard dollar

45 yaşlı Sara alt paltarı istehsalı ilə məşğul olan “Spanx” şirkətinin yaradıcısıdır. Sərvəti 1 milyard dollardır.

5. Aerin Lauder - 1,85 milyard dollar

“Este Lauder” kosmetika korporasiyasının banisinin nəvəsi də ailə biznesinə qoşulmaq qərarına gəlib. Hazırda 1 milyard dollar dəyərində qiymətləndirilən şirkətin səhmlərinin 16 milyonu Aerinə məxsusdur.

6. Tamara Ekklstoun - 3,6 milyard dollar

Tamara “Formula -1”-in sahibi, ingilis milyarder Berni Ekklstounun qızıdır.

7. Dilan Loren - 4,7 milyard dollar

Amerikalı dizayner Ralf Lorenin qızı atasının yolu ilə getməyib. O, Nyu-Yorkda dünyanın ən iri şirniyyat mağazasını açıb.

8. Loren Pauell Cobs - 20,4 milyard dollar

Mərhum Stiv Cobsun həyat yoldaşı Loren Pauell “Emerson Collective” təşkilatının banisidir. Bu təşkilat təhsil, immiqrasiya islahatları məsələləri, sosial ədalət və ətraf mühitin mühafizəsi məsələləri ilə məşğul olur.

9. İvanka Tramp - 3 milyard dollar

Ştatların 45-ci prezidentinin böyük qızı İvanka əvvəllər “Trump” ailə şirkətlərinin inkişafı üzrə vitse-prezidenti idi. 2017-ci ilin martın sonlarında isə o, atasının əvəzsiz məsləhətçisi kimi çıxış edir.

10. Cozi Ho - 7 milyard dollar

Cozi Ho Honkonqda, Makaonun ən varlı sakini sayılan və oyun müəssisələri şəbəkəsinin sahibi Stenli Ho ailəsində doğulub. O, Çində aktrisa kimi də çox məşhurdur.

11. Anna Anisimova - 2 milyard dollar

Anna Anisimovananı Rusiyanın Paris Hiltonu adlandırırlar. O, “Coalco” şirkətin sahibi və ortağı "Qamtella”-nın ortağı Vasili Anisimovun qızıdır. İş adamının sərvəti 3,6 milyard dollar qiymətləndirilib.

12. Amanda Herst - 8,7 milyard dollar

Amanda Herst “Hearst Corporation” media imperiyasının varisi sayılır. Həmçinin 32 yaşlı qız heyvanlarla sərt rəftar ilə mübarizə təşkilatının təsisçisidir.

13. Xolli Brenson - 3,8 milyard dollar

Xolli Brenson iş adamı Riçard Brendsonun qızıdır. Tibb Universitinin Nevrologiya fakültəsini bitirdikdən sonra o, Çelsi və Vestminster xəstəxanasında nevrologiya şöbəsində işləyib.

14. Corcina Blumberq - 11,5 milyard dollar

Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin qızı Corcina hələ uşaqlıqda at belində gəzməyə başlayıb, sonra isə bu sahədə özünü inkişaf etdirərək atçılıq üzrə idman karyerasını qurub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/205905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR