DİQQƏT: Azərbaycanda benzin bahalaşa bilər

Dünya birjalarında neft bahalaşıb.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,32% artaraq 44,54 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,36% artaraq 47,05 dollar olub. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,19 dollar və ya 0,4% azalaraq 47,40 dollar təşkil edib.

“Son zamanlar Avropa ölkələrində neftin qiymətində enmə müşahidə olunur”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

“Beynəlxalq bazarda neftin qiyməti ilə benzinin qiyməti arasında birbaşa korrelyasiya var. Son illərdə neftin qiymətinin ən çox endiyi dövlətlərdən biri ABŞ-dır. ABŞ-da benzin qallonla ölüçülür. 1 qallon isə  3,79 litr benzinə bərabərdir. Hazırda ABŞ-da neftin qiyməti 2-2,5 dollar enib. Bu isə benzinin qiymətində 2 dəfə ucuzlaşma deməkdir. Bir çox Avropa ölkələrində də oxşar situasiya müşahidə olunur. Qiymətlərdə hətta 30, 40, 50%-ə qədər enmə özünü göstərir. Avropa ölkələrində vergi çox olduğu üçün qiymətlərin enməsi o qədər də nəzərə çarpmır”.

Neftin qiymətinin bahalaşması benzinin qiymətinə təsir edə bilər

Azərbaycan o ölkələr qurupuna daxildir ki, burada qiyməti dövlət tənzimləyir. Ona görə də, Azərbaycanda neft bazarı ilə benzin qiymətləri arasında birbaşa əlaqə yoxdur. Azərbaycanda təkcə "Premium" markalı benzinə dövlət nəzarəti yoxdur. Amma baxırıq ki, "Premium" markalı neftin qiyməti necə artmışdısa, elə də qalıb. Əksinə, enmə olmadı, 95 qəpikdən 1 manat 10 qəpiyə qədər artım oldu. "Aİ 92" markalı benzinin qiymətində isə uzun illərdir ki, dəyişiklik yoxdur. Satışı dövlətin təyin etdiyi qiymətlə həyata keçirilir. Neftin qiymətinin kəskin artma ehtimalı yox səviyyəsindədir. Neft ölkələrinin İstanbulda keçirilən  konfransı da sübut etdi ki, yaxın 5 ildə neftin qiymətində kəskin artım gözlənilmir. Bütün proqnozlar neftin qiymətinin 40-50 dollar arasında olması üzərində qurulmuşdu. Əgər qiymətlər qalxsa belə, Azərbaycanın Tarif Şurası bununla bağlı müəyyən qərar verə bilər və benzinin qiymətini artıra bilər. Büdcədə yaranmış problemlərlə əlaqədar Dövlət Neft Şirkəti "Aİ 92" markalı benzinin qiymətinin qaldırılması ilə əlaqədar Tarif Şurasına müraciət edə bilər. Bu zaman isə dünya bazarında neftin qiyməti əsas kimi götürülməyəcək. Əsas SOCAR-ın maliyyə vəsaiti götürüləcək. Maliyyə vəsaiti pisləşdikcə qiyməti artırmaq ehtimalı da yüksəlir”. Aytən Novruzova / Metbuat.az

Azərbaycan nefti - UCUZLAŞDI-Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR