İtalyan "xaç atası"nın villası satılır - FOTO

İtalyan "xaç atası"nın villası satılır - FOTO
15:05 12 İyul 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Mayami şəhərindəki Souz Biçdə yerləşən lüks villa satışa çıxarılıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, 2458 National Drive in Mill Basin ünvandakı villa əslində 4 ilə əvvəl satışda idi. O zaman villanın ilkin satış qiyməti 30 milyon dollar idi.

Fəqət, villanı alan olmadığından indi həmin əmlak 12 milyon dollar ucuza, 18 milyon dollara satılır.

Villa Florida ştatındakı "Kolombo" italyan mafioz qruplaşmasının "xaç atası", multimilyonçu Con Rosattinin sifarişi ilə tikilib.

Daha sonra villanı rusiyalı milyarder qızı Qalina Anisimova satın almışdı.

İndi o da villadan qurtulmağa çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/562410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR