Yay aylarında bir çox insan dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır və insan yeriməkdə çətinlik çəkir.
Metbuat.az sizi bu problemdən xilas edəcək maskanın hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
5 ədəd aspirin
Bir ədəd limon
Daban daşı
Hazırlanması:
Aspirini toz halına gətirib üzərinə limon suyu əlavə edin və qarışdırın. Qarışığı hazırladıqdan sonra dabanınızdakı çatlara sürtün. Qarışığı tətbiq etməzdən əvvəl ayaqlarınızı mütləq ilıq su ilə yuyun, daban daşı ilə ölü dərini təmizləyin. Qarışığın effektiv olması üçün 2-3 həftə tətbiq edin.
Aysel Yaqubqızı / Metbuat.az