“Brilliant xanım bir musiqiçi kimi fikrini bildirib. Kim
bu ixtiyarı onun əlindən alır. İnanıram ki, o, bu addımı
həssaslığına söykənərək edib. Axı niyə insanları həqiqəti deməyə
qorxudurlar?”
Bu sözləri Publika.az-a danışan Xalq artisti
Flora Kərimova dünən erməni qarmonçu Varujan Şahbazyanın ifasını
bəyəndiyi üçün kəskin şəkildə tənqid edilən həmkarı Brilliant
Dadaşova barəsində deyib.
Zəhranın ölümünə səssiz qalan Brilliant Dadaşovadan ERMƏNİYƏ BÖYÜK JEST - ŞOK ADDIM
Xalq artisti Brilliant Dadaşovanın vətənini çox sevdiyini və
Azərbaycan üçün musiqi sahəsində böyük işlərə imza atdığını xüsusi
olaraq vurğulayıb: “B.Dadaşova dünənin müğənnisi deyil. O,
Azərbaycan musiqi sahəsində böyük işlər görüb. Onun vətən haqqında
çoxlu sayda bir-birindən gözəl ifaları var. Brilliant oğlunu
gizlətməyib, lazım olanda onu cəbhəyə də göndərməyə hazırdır.
Brilliantı tənqid etməklə onun sənətə olan eşqini küsdürürük,
qəlbini sındırırıq, həqiqətdən yayındırırıq. Əgər həmin erməni
qarmonçu və ya hər hansı musiqiçi mənim millətimin əleyhinə bir söz
desəydi, onda bu cür reaksiyanı anlamaq olardı".
F.Kərimova hesab edir ki, düşmənin cavabı cəbhə bölgəsində
verilməlidir: “Balam Zəhra ilə onun ağbirçək nənəsi ermənilər
tərəfindən günahsız yerə öldürüldü. Ordumuz da cavab verdi. Biz
ermələrin döyüş və siyasət meydanında cavablarını verib
susdurmalıyıq. Dil pəhləvanlarına çevrilən yalançı qəhrəmanlardan
yorulmuşam”.
F.Kərimovanın sözlərinə görə, hər bir sənətçinin bəyəndiyi
musiqi haqqında rəy bildirməyə haqqı var: “Düşmənlərimizi,
Sarkisyanı, Azərbaycan balalarını öldürənləri, haqqımızı
tapdalayanları əlbəttə ki, hamımız pisləməliyik. Ancaq mənə
maraqlıdır ki, mühairbə olarsa, sosial şəbəkələrdə dil
pəhləvanlarına çevrilənlər Azərbaycan uğrunda döyüşə gedəcəkmi? Axı
niyə insanlara qorxu hissini aşılayırlar? Bu gün həqiqəti deməyə
qorxan adam sabah erməninin qarşısına necə çıxa bilər? Sabah mən də
kiminsə haqqında həqiqəti deməyə qorxmalıyam? Məsələn, Azərbaycanı
sevən, "Bakı mənim vətənimdir", deyən, bizi hər yerdə tərifləyən
erməni ifaçısı Boka həyatını təhlükəyə ataraq bizim restoranda
oxumuşdu. Onu da buna görə ölkəsində çox qınamışdılar. Bokanın öz
həmvətənlərilə Azərbaycana görə dava etməsinin şahidi olmuşam. Biz
insanlığımızı itirməməliyik”.
Qeyd edək ki, Xalq artistləri Zülfiyyə Xanbabayeva və bəstəkar
Eldar Mansurov müğənni ilə yaxın dost olduqları, lakin məsələdən
xəbəri olmadıqları üçün açıqlama verməkdən imtina etdi.