Əməkdar artistin mədəsində problemlər yaranıb

Əməkdar artistin mədəsində problemlər yaranıb
16:17 8 Yanvar 2015
218 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Naibə Allahverdiyeva son günlər kökəlməsindən şikayətlənib
Milli.Az xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində aktrisa mədəsində problem yarandığı üçün pəhriz saxlaya bilmədiyini deyib:

“Bir ara pəhriz saxladım. İndi mədəmdə ağrılar başlayıb. Ona görə də, saxlaya bilmirəm. İnsan müəyyən yaşdan sonra mütləq yeyib-içdiyinə fikir verməlidir. Biz sənət adamları üçün bunu etmək, vaxtlı-vaxtında yemək çətindir. Gedirik çəkilişə, gecə çıxırıq. Çıxanda da məcbur yeyirik. Son günlər 6 kiloqram kökəlmişəm. Üz dərimə də qulluq edirəm. Təravətli olmaq mütləqdir. Əvvəl təbii maskalardan istifadə edirdim. İndi botoks, mezoterapeyaya üstünlük verirəm. Çünki müəyyən yaşdan sonra təbii maskalar kömək etmir”.

N.Allahverdiyeva xanımlara məsləhət də verib:

"Xanımlar ev şəraitində bu maska ilə üz dərilərini təravətləndirə bilərlər: 1 qaşıq bal, yarım banan, 1 qaşıq portağal şirəsini qarışdırıb üzə çəkin. Bir müddət saxladıqdan sonra yuyun. Bir də çalışın sevgi ilə yaşayın. Sevən qadının üzündə təbəssüm, təravət olur. Sevgi qadını gözəlləşdirir. Əgər qarşılarında sevəcəkləri biri yoxdursa, xəyalda bir obraz canlandırıb ona sevgi bəsləsinlər. Mən hər zaman bu cür yaşayıram. Yaradıcı insanam, məhəbbət olmasa, solaram. Məni yaşadan sevgidir. O sevgi isə xəyalımdadır. Mən doğulandan xəyali eşq yaşayıram. Allah o sevgini əlimdən alsa, yaşaya bilmərəm".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR