İmtahanda yazılan inşaların qiyməti dəyişdirildi

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı verən 38 nəfər 9-cu sinif şagirdinin imtahanının I mərhələsində yazdığı inşaların qiymətini dəyişdirib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı Apelyasiya Komissiyası yaradılıb. Komissiyaya 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib. Digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Qəbul imtahanı ilə bağlı - MƏLUMAT - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)