Azərbaycanlı jurnalistin Zəhra ilə bağlı yazısı İTALİYA MEDİASINDA

Azərbaycanlı jurnalistin Zəhra ilə bağlı yazısı İTALİYA MEDİASINDA
18:23 13 İyul 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Diaspor Jurnalistlər Birliyinin sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu İtaliya mediasında erməni vəhşiliyi və 2 yaşlı Zəhranın qətlindən yazıb.

Publika.az xəbər verir ki, “Körpələrin qətli bəşəri cinayətdir” başlığı ilə yazılan məqaladə 2 yaşlı Zəhranın bu cinayətin qurbanı olduğu bildirilib:

Məqaləni olduğu kimi təqdim edirik:

-İyulun 4-də Azərbaycanda Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Körpə - Zəhra balamız və onun nənəsi Sahibə Quliyeva erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildi.

Xatırladım ki, bu ilk hadisə deyil. Erməni sihalı qüvvələri Azərbaycan kəndlərini mülki vətəndaşları daim atəş altında saxlayır və nəticədə uşaqlar, qadınlar, qocalar qətlə yetirilirlər.

Amma çox təəssüf ki, dünya bu insanlıq cinayətinə göz yumur.

Heç bir nəticəsi olmayan ATƏT-in Minsk qrupu sadəcə bir bəyanatla kifayətləndi ki, bu da Azərbaycanda hiddətlə qarşılandı.

1994-cü ildən atəşkəs elan olunub. Amma atəşkəs dövründə 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 19-u isə yaralanıb.

2 yaşlı Zəhranın qətli isə Azərbaycan xalqını bir daha sarsıtdı. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib.

Bu cür faciələrin təkrar olunmaması, dünyada körpələrin öldürülməməsi üçün dünya ictimaiyyəti, büynəlxalq təşkilatlar, xüsusilə media səfərbər olmalı, duyarsız qalmamalıdır. Xüsusilə dünyada öz çəkisi və yeri olan italyan mediasından da diqqət gözləyirik...

Yazıya bu linkdən baxmaq mümkündür...

http://www.riverflash.it/wordpress/?p=91276


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/206079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR