TQDK orta məktəblərə müraciət etdi

TQDK orta məktəblərə müraciət etdi
16:23 8 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, 2014/2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər.

Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər.

TQDK bununla əlaqədar ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edir ki, “Şagird-məzun” sisteminə təhsil müəssisəsində tədris edilən xarici dil barəsində məlumat təqdim etsinlər. Xarici dili tədris etmədiklərini bildirən məktəblərin şagirdləri buraxılış imtahanlarında xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR