Kəsiri olan tələbələrlə bağlı nazirlikdən yeni

Tələbənin kəsiri olduqda belə, onun bir təhsil müəssisəsindən digərindən köçürülməsi mümkündür.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu şərt həm ali, həm də kolleclərə aiddir: "Köçürülmə zamanı tələbənin nə qədər akademik borcunun olması rol oynamır və bununla bağlı hər hansı məhdudiyyət yoxdur".

Nazirlik rəsmisi əlavə edib ki, kəsiri olan tələbə akademik borcunu köçürüldüyü təhsil müəssisəsində ödəyə bilər: "Ödənişsiz əsaslarla təhsil alan tələbə digər təhsil müəssisəsində yenidən ödənişsiz əsaslarla olan yerlərə köçürülə bilərlər. Lakin bunun üçün tələbənin müvafiq ixtisas üzrə qəbul imtahanında topladığı balın yüksək olması lazımdır. Ödənişli əsaslarla təhsil alan tələbə isə yalnız ödənişli yerlərə köçürülə bilər".

C.Valehov qeyd edib ki, xaricdəki təhsil müəssisələrindən köçürülmə zamanı vacib şərtlərdən biri həmin təhsil müəssisəsinin akkreditasiyadan keçməsidir. //Trend

Kolleclərə qəbul üçün müsabiqə şərtləri - AÇIQLANDI - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)