Nəfəs yollarını açan təbii üsullar

Burun allergiya, rinit, soyuqdəymə, infeksiyalar səbəbi ilə tutula bilər.

Metbuat.az xəbər verir ki, nəfəs yollarını xalq təbabəti üsulları, evdə hazırlayacağınız müalicə metodları ilə aça bilərsiniz. Ancaq bu üsulları tətbiq etməzdən əvvəl həkim müayinəsindən keçməkdə fayda var.

Həkimlər deyir ki, duzlu su ilə tutulmuş burnu açmaq olar. Bir stəkan təmiz suyun içərisinə bir çay qaşığı duz atın. Duz tamamilə əridikdən sonra burnunuza qarışıqdan damcıladın. Bir qədər başınızı yuxarı vəziyyətdə saxlayın. Qeyd edək ki, duz və soda ilə də prosesi təkrarlamaq olar.

Burun tutulmasının qarşısını alan təbii üsullardan biri də qara istiotdur. Qara istiotu çörəkotu yağı ilə qarışdırıb burna tətbiq edə bilərsiniz.

Alma və ya üzüm sirkəsi ilə də bu problemdən xilas olmaq olar. 2 çay qaşığı alma sirkəsi və bir çay qaşığı balı bir stəkan isti suyun içərisində qarışdırıb için. Qabın içərisində bir az su ilə alma sirkəsini qaynadaraq buxarını içinizə çəkə bilərsiniz. Buxar nəfəs yollarının açılmasına yardımçı olacaq.

Aysel Yaqubqızı / Metbuat.az

Qanı zərərli maddələrdən təmizləyən qarışıq - XALQ TƏBABƏTİ - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR