İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Metbuat.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, turnirdə ölkəmizi təmsil edən"Qarabağ”ın potensial rəqibi müəyyənləşib. Klubumuz növbəti mərhələdə "Şerif" (Moldova) - "Kukes" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar liqasının II təsnifat mərhələsinin ilk oyununda “Samtredia” klubunu 5:0 hesabı ilə məğlub edib.
Sərdar Məmmədov / Metbuat.az
"Qəbələ" və "Zirə" ilk oyunlarına çıxır - BU GÜN - Oxumaq üçün tıkla |