Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atıldı. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başladı.
Püşkatmada Azərbaycan klublarının da mümkün rəqibləri bəlli olacaq. Avropa Liqasında çıxış edən "Qəbələ", "İnter" və "Zirə" II təsnifat mərhələsinin ilk oyunlarından sonra növbəti rəqibin kimliyini bilindi.
Belə ki, təmsilçilərimizin yer aldığı cütlər püşkdə iştirak edəcək. Ümumiyyətlə isə püşkatma 91 klubun diqqət mərkəzində olacaq. Burada 33 cüt və 25 komanda çıxış edəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 4-də keçiriləcək.
UEFA komandaları qruplara bölüb. "Qəbələ"nin 5 mümkün rəqibi qalıb. Bunlar PSV (Hollandiya), "Fənərbaxça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Panatinaikos" (Yunanıstan) və "Şkendiya" (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibidi.
Püşkatma nəticəsində "Qəbələ" - "Yaqelloniya" cütünün qalibi "Panatinaikos" (Yunanıstan) klubu ilə qarşılaşacaq.
"İnter" isə "Fola" səddini aşarsa, "Milan" (İtaliya), "Bordo" (Fransa), "Ostersun" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi, "Makkabi" (Təl-Əviv, İsrail) - "Reykyavik" (İslandiya) cütünün qalibi, "Hayduk" (Xorvatiya) - "Levski" (Bolqarıstan) cütünün qalibi və ya "Hoqesund" (Norveç) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Püşkatma nəticəsində "İnter" - "Fola" cütünün qalibi "Ostersun" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
O ki qaldı "Zirə"yə "Astra"nı keçəcəyi təqdiqdə səpələnmişlərdə yer alacaq Bakı klubunun potensial rəqibləri "Aleksandriya" (Ukrayna), "İrtış" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi, "Altax" (Avstriya) - "Dinamo" (Brest, Belarus) cütünün qalibi, "Aberdin" (Şotlandiya) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) cütünün qalibi, "Rujomberok" (Slovakiya) - "Brann" (Norveç) cütünün qalibi və "Beytar" (İsrail) - "Botev" (Bolqarıstan) cütünün qalibi olacaq.
Püşkatma nəticəsində "Zirə" - "Astra" cütünün qalibi "Aleksandriya" (Ukrayna) klubu ilə qarşılaşacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
"Zenit" (Rusiya)
"Atletik" (İspaniya)
"Ostersun" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi
"Fənərbaxça" (Türkiyə)
"Sparta" (Çexiya)
"Milan" (İtaliya)
PSV (Hollandiya)
"Braqa" (Portuqaliya)
"Gent" (Belçika)
PAOK (Yunanıstan)
"Krasnodar" (Rusiya)
"Bordo" (Fransa)
"Everton" (İngiltərə)
"Marsel" (Fransa)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Reykyavik" (İslandiya) cütünün qalibi
"Frayburq" (Almaniya)
"Astra" (Rumıniya) - "Zirə" (Azərbaycan) cütünün qalibi
"Austriya" (Avstriya)
"Ferensvaroş" (Macarıstan) - "Midtyulland" (Danimarka) cütünün qalibi
"Panatinaikos" (Yunanıstan)
"Maritimo" (Portuqaliya)
"Syon" (İsveçrə)
"Hayduk" (Xorvatiya) - "Levski" (Bolqarıstan) cütünün qalibi
"Rabotniçki" (Makedoniya) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi
"Hoqesund" (Norveç) - "Lex" (Polşa) cütünün qalibi
"Apollon" (Kipr) - "Zarya" (Moldova) cütünün qalibi
"Şkendiya" (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi
"Şemrok Rovers" (İrlandiya) - "Mlada Boleslav" (Çexiya) cütünün qalibi
Səpələnməmişlər
"Jelezniçar" (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibi
"Aleksandriya" (Ukrayna)
"Osiyek" (Xorvatiya) - "Lütsern" (İsveçrə) cütünün qalibi
"Brondbü" (Danimarka) - "Vaasa" (Finlandiya) cütünün qalibi
"Kalyu" (Estoniya) - "Videoton" (Macarıstan) cütünün qalibi
"Olimpik" (Ukrayna)
"Ostende" (Belçika)
"Proqres" (Lüksemburq) - AEL (Kipr) cütünün qalibi
"Qəbələ" (Azərbaycan) - "Yagelloniya" (Polşa) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Lyunqbyu" (Danimarka) cütünün qalibi
"İrtış" (Qazaxıstan) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi
"Trençin" (Slovakiya) - "Bney Yehuda" (İsrail) cütünün qalibi
"Kayrat" (Qazaxıstan) - "Skenderbeu" (Albaniya) cütünün qalibi
"Aberdin" (Şotlandiya) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) cütünün qalibi
"Valletta" (Malta) - "Utrext" (Hollandiya) cütünün qalibi
"Altax" (Avstriya) - "Dinamo" (Brest, Belarus) cütünün qalibi
"Şturm" (Avstriya) - "Mladost" (Monteneqro) cütünün qalibi
"Dinamo" (Buxarest, Rumıniya)
"Kork Siti" (İrlandiya) - AEK (Kipr) cütünün qalibi
"İnter" (Azərbaycan) - "Fola" (Lüksemburq) cütünün qalibi
"Beytar" (İsrail) - "Botev" (Bolqarıstan) cütünün qalibi
"Vaduts" (Lixtenşteyn) - "Odd" (Norveç) cütünün qalibi
"Panionios" (Yunanıstan) - "Qoritsa" (Sloveniya) cütünün qalibi
"Norçepinq" (İsveç) - "Trakay" (Litva) cütünün qalibi
"Universtatya" (Krayova, Rumıniya)
"Valyur" (İslandiya) - "Domjale" (Sloveniya) cütünün qalibi
"Arka" (Polşa)
"Rujomberok" (Slovakiya) - "Brann" (Norveç) cütünün qalibi
"Liepaya" (Latviya) - "Suduva" (Litva) cütünün qalibi
Milli.Az