"Onu ilan yox, mənim Allahım vurdu"

İlqarın əlindən canım qurtardı”.

Bu sözləri aktyor Elcan Rəsulov ilan sancan aparıcı İlqar Mikayıloğlu haqda Metbuat.az-a danışarkən deyib:

“Onu ilan yox, mənim Allahım vurdu (gülür). İlqarın yeni verilişi var, “İlqarla bir gün”, mən də həmən verilişin qonağı idim. Füzülidə günün altında düz 10 saat məni gəzdirib. Yorulub oturmuşdum, İlqar da başımın üstündə dayanmışdı. Birdən otluqdan çıxan ilan onu sancdı. Sonra təcili yardım gəldi, İlqarı apardılar. Amma ilan balaca idi. Ona görə düşünürəm ki, qorxulu bir şey yoxdur”.

Dilarə Zamanova

Oksana ilə Elşad Xosenin davası böyüdü - "Mən onunla..." - Oxumaq üçün bura tıkla





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR