Hamilələr, isti havalarda bunlara diqqət!

İsti havalar ən çox hamilələrə və yaşlı insanlara təsir edir.  

Metbuat.az xəbər verir ki, dietoloqlar hamilə xanımlara daha diqqətli olmağı məsləhət görür. İsti havalarda bədəndə maye itkisi yaşanır. Bu itki hamilələrdə daha çoxdur. Bu səbəblə, hamilələr bol su istehlak etməlidir. Yağlı və ağır qidalardan uzaq durmaq lazımdır. Xəfif qidalar həm çəki almağınızın qarşısını alacaq, həm də yayı daha sağlam keçirməyinizi təmin edəcək.

İsti havalarda sərinləməyin ən yaxşı yolu bol duş qəbul etməkdir. Yatmazdan əvvəl qəbul edəcəyiniz duş rahat yuxuya getməyinizə kömək edəcək.

Hamilələrdə hərəkətsizlikdən ayaqlarda və biləklərdə şişkinlik meydana gəlir. Bədəndəki şişkinliklərdən xilas olmaq üçün idmanla məşğul olmalısınız. Səhər tezdən ya da axşam saatlarında edəcəyiniz idman hərəkətləri və piyada gəzmək sizi daha da rahatladacaq.

Aysel Yaqubqızı / Metbuat.az

Bu uşaqların ölüm riski daha yüksəkdir - ARAŞDIRMA - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR