Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində Parisdə baş vermiş terror aktı qurbanlarının xatirəsi yad edilib

16:37 8 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 16:33 ]


Bakı. Anaxanım Hidayətova – APA. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində Parisdə baş vermiş terror aktı qurbanlarının xatirəsi yad edilib. 

 

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının rəsmi “Facebook” səhifəsində yer alan məlumatda deyilir.

 

“Biz Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasında baş vermiş terror aktı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdik”, – deyə məlumatda vurğulanıb.

 

Xatırladaq ki, dünən baş vermiş hücum nəticəsində 12 nəfər həlak olub, 11 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR