Benzinin qiymətinin qalxması dəmir yolu tariflərinə təsir edəcəkmi?

Benzinin qiymətinin qalxması dəmir yolu tariflərinə təsir edəcəkmi?
11:42 15 İyul 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artırılması dəmir yolu tariflərinə təsir göstərməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

O qeyd edib ki, Aİ-92 markalı benzinin qiymətində dəyişiklik dəmir yolu ilə yük və sərnişin daşıma tariflərinə heç cür təsir etməyəcək:

"Belə ki, dəmir yollarında hərəkət üçün digər yanacaq növlərindən və elektrik enerjisindən istifadə olunur. Tariflərin artırılması gündəlikdə yoxdur".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/563629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR