Alimlər: “Robotlar və süni intellekt sosial bərabərsizliyi gücləndirəcək”

Alimlər: “Robotlar və süni intellekt sosial bərabərsizliyi gücləndirəcək”
12:35 15 İyul 2017
Ölkə mətbuatı
A- A+

Analitiklər tədqiqat apararaq belə qənaətə gəliblər ki, robot texnikası və süni intellekt sahəsində yaxın on ildə əldə olunacaq nailiyyətlər gələcəkdə cəmiyyətin varlı və kasıb təbəqələrə bölünməsinə səbəb olacaq. Hökumətlər tədbir görməsə, növbəti avtomatlaşma dalğası iş yerlərinin sayının azalmasına gətirib çıxarmaqla sosial bərabərsizliyi kəskin artıracaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, Böyük Britaniyanın “Sutton Trust” xeyriyyə təşkilatının proqnozuna görə, işini ilk növbədə aşağı ixtisas dərəcələrinə malik insanlar itirəcək. Ali məktəbə daxil ola bilməyən kasıb ailələrin nümayəndələri üçün az əməkhaqqının ödənildiyi iş yeganə mümkün məşğulluq sahəsi olacaq. Yüksək həyat səviyyəsinə malik insanlar, əksinə, əlavə təlimdən keçərək yeni iş tapa biləcəklər.
 
Analitiklərin məlumatına görə, Böyük Britaniyada istehsal proseslərinin avtomatlaşdırılması 15 milyondan çox iş yerinin mövcudluğu üçün təhlükə törədir. Robotlardan hüquqşünaslar, əməkhaqqının hesablanması üzrə menecerlər və mühasiblər ziyan çəkəcək. Səbəb kimi avtomatlaşdırılmış sistemlərin həmin işləri tez, ucuz və səmərəli yerinə yetirə bilməsi göstərilir.  
 
Qeyd edək ki, süni intellekt artıq insanları iş yerlərində sıxışdırmağa başlayıb. Bir sıra robot analitiklər informasiya agentlikləri üçün səhmlərin kotirovkalarının dəyişməsi və hava proqnozu (hələlik verilmiş şablon üzrə) mövzusunda məqalələr yazır, eləcə də “Amazon” şirkətinin anbarlarında çoxlu robot işçilər çalışır. Bundan başqa, ötən ilin mayında nəhəng elektronika komponentləri, o cümlədən “iPhone” yığıcısı -  “Foxconn” şirkəti zavodlarda 60 min işçini ixtisar edərək onları mexanizmlərlə əvəzləyib.
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49040-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR