Yeni quyular qazılır

Yeni quyular qazılır
16:38 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” və ”Çahandar-Zarat” yataqlarında 2 yeni quyuda qazma işlərinə başlayıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Pirallahı adası-quru” yatağında Qirməki Altı Lay Dəstəsinə qazılan 1179 nömrəli quyunun layihə dərinliyi 910 metrdir.

“Siyəzənneft” NQÇİ-nin sifarişi ilə ”Çahandar-Zarat” yatağında Maykop Lay Dəstəsinə qazılan 1787 nömrəli quyunun layihə dərinliyi isə 1250 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2351116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR