Ekvadorda avtobusun aşaraq yanması nəticəsində azı 14 nəfər ölüb.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, paytaxt Kitodan La-Man şəhərinə gedən avtobus naməlum səbəbdən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəzaya düşən avtobusda yanğın baş verib.

Polis qəzanın səbəblərini araşdırır.

Ölənlərin sayının artacağı istisna olunmur.