AzərTAc-dan Dövlət Kino-Foto Sənədləri Arxivinə 1647 fotosənəd daxil olub

16:42 8 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 16:39 ]


Bakı. Cavid Zeynallı – APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə AzərTAc dövlət agentliyindən daimi saxlanılmaq məqsədi ilə 1647 saxlama vahidi fotosənəd daxil olub.

 

APA-nın məlumatına görə, 2013-cü ilin ikinci yarısını əhatə edən fotosənədlər prezident İlham Əliyevin xarici dövlətlərə etdiyi səfərləri, dövlət başçılarını və xarici qonaqları qəbul etməsini, siyasi, iqtisadi, humanitar forumlarda iştirakını, habelə respublikanın regionlarına səfərlərini əks etdirir.

 

Fotosənədlərin mövzusunu və məzmununu prezident İlham Əliyevin uşaq bağçalarının, orta məktəblərin, Gənclər mərkəzlərinin, Bayraq meydanlarının, inzibati binaların, su olimpiya komplekslərinin, kənd təsərrüfatına aid emal müəssisələrinin, mehmanxanaların və s. istifadəyə verilməsinə həsr olunan tədbirlərdə iştirakı təşkil edir.

 

Hazırda arxivdə fotosənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir fotosənədin qısa, müfəssəl məzmunu hazırlanır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR