Azərbaycanda canavarlar kəndə hücum edib

Azərbaycanda canavarlar kəndə hücum edib
19:32 16 İyul 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş.16 iyul.REPORT.AZ / Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb. 
"Report"un Şirvan bürosu xəbər verir ki, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib. Bundan sonra məlum olub ki, kənd sakinin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırdıcılar digər yeddi baş qoyuna ağır cəsarət yetiriblər.
Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr burulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-canavarlar-kende-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR