Bu yollardan istifadə edin!

16:42 8 Yanvar 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Qarın yağması ölkənin bir sıra avtomobil yollarında müəyyən problemlər yaradıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağsu aşırımına isə 15-25 santimetr qalınlığında qar yağsa da, hazırda dolaylarda nəqliyyatın hərəkətində problem yaşanmır.

12 saylı Yol Istismar İdarəsinin bütün ağır texnikası və canlı qüvvəsi səhər saat 7:00 radələrindən yola nəzarət edir. Yola qum və duz səpilib. Ağsu aşırımdan fərqli olaraq, Bakı-Şamaxı-Yevlax magistralının 106-143-cü kilometrliyində, eləcə də Qobustanın Mərəzə istiqamətinə qar daha çox yağıb.

Yolun mütəmadi təmizlənməsinə baxmayaraq, orada vəziyyət aşırıma nisbətən gərgindir. Qar və küclü külək yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırır. BDYP əməkdaşları sürücüləri magistralda avtomobilləri ehtiyatla sürməyə məsləhət görürlər. Həmçinin axşam saatlarında yolun buzlanması ehtimalına görə, alternativ Kürdəmir-Ağsu və Ağsu-Göylər yollarından istifadə etmək tövsiyə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR