Canavarlar Ağdaşın kəndinə hücum etdi

Canavarlar Ağdaşın kəndinə hücum etdi
20:48 16 İyul 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib. Bundan sonra məlum olub ki, kənd sakininin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırtıcılar digər yeddi baş qoyuna ağır xəsarət yetiriblər.

Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr vurulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/206413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR