Bakı aeroportu gücləndirilmiş iş rejiminə keçib

Bakı aeroportu gücləndirilmiş iş rejiminə keçib
16:46 8 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejiminə keçib.

ANS PRESS xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a açıqlamasında belə deyib.

O, bildirib ki, hazırda hava limanının işində hər hansı problem yaşanmayıb.

Bütün reyslər cədvələ uyğun qəbul edilir və yola salınır.

Qeyd edək ki, sabah ölkə ərazisindəki hava haqda məlumat da yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında əsasən qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi mülayimləşəcək.

Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Rayonlarda da fasilələrlə yağış, qar yağacaq, gündüz qərb rayonlarından etibarən yağıntı kəsiləcək. Qərb küləyi şərq küləyinə keçəcək.

Temperatur aran rayonlarında gecə 2-7, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.

Xatrıladaq ki, Nazirlikdən bildirilir ki, sabahdan etibarən hava mülayimləşəcək, yağıntıların intensivliyi və küləyin sürəti zəifləyəcək. Yanvarın 9-da gündüz saatlarında respublikanın qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR