Pulsuz: Gözü zəif görən jurnalistlər üçün

Bakıda media nümayəndələri üçün 22 iyul - Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış” adlı aksiya keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Mərkəzin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər.

Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 09:00-dan 16:00-dək mərkəzə müraciət edə bilərlər.

Nişanlı qızı şortik geyindiyinə görə döydülər - FOTOLAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR