DİQQƏT: Azərbaycanda dizel bahalaşacaq

“Dizel yanacağının qiymətinin artması da gündəmə gələ bilər”. 

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, benzinin bahalaşması dünyada baş verən proseslərlə bağlı deyil:

“Çünki dünyada neft bahalaşmayıb, əksinə son iki ayda 12-15% ucuzlaşma var. “Aİ-92” markalı benzin Azərbaycanın yerli neftindən istehsal olunur. Ona görə də, benzinin bahalaşmasında heç bir xarici təsir yoxdur. Gələcəkdə dizel yanacağının qiymətinin də artması gündəmə gələ bilər. Ola bilər ki, payız səpin mövsümü bitəndən sonra dizel yanacağının da qiyməti qalxsın. Həmçinin, sonrakı illərdə də (2018-2019-cu illərdə) benzin və dizeldə yenidən qiymət artımı ola bilər”.

Qeyd edək ki, Tarif Şurasının 14 iyulda keçirilən iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 15 iyuldan qüvvəyə minib.

DİQQƏT: Dizellə işləyən avtomobillər BAHALAŞDI!- VİDEO – Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR