Uşaq əməyinin ən pis formaları

Uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən sayılır.

Metbuat.az xəbər verir ki, Uşaqlara Qarşı Zorakılıq üzrə Dünya Hesabatına görə, hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, fahişəlik məqsədilə istismar olunur, insan alverinin qurbanına çevrilir. İl ərzində dünya üzrə 53 min uşaq qətlə yetirilir. Bu uşaq ölümlərindən 22 mini 15-17 yaşlı uşaqların payına düşür ki, onların da təxminən 75 faizini oğlanlar təşkil edir.

Bəs Azərbaycanda necə, uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyəti yetərli hesab etmək olarmı? Bu məsələdə valideynlər və dövlətin üzərinə hansı vəzifələr düşür?

“Komitəyə uşaq əməyindən istifadə ilə bağlı il ərzində bir neçə birbaşa məlumat daxil olur”.

Bunu Metbuat.az-a açıqlamasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov deyib.

“Uşaq əməyi ilə bağlı Komitə tərəfindən hər il müxtəlif tədbirlər keçirilir. Uşaq əməyinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasında insan alverinə qarşı 2014-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planı mövcuddur. Plandakı bəndlərdən biri uşaq əməyi, eyni zamanda, Beynəlxalq Əmək Təşkilatından irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Digər məsələ isə təhsildən yayınma ilə bağlıdır. İşləyən uşaq eyni zamanda təhsildən yayınır. Plana uyğun olaraq, regionlarda hər il təlimlər təşkil edirik. Təlimlərdə uşaqlarla işləyən polis inspektorları, Rayon İcra Hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları və Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri iştirak edir.

Uşaqlar 15 yaşdan etibarən işləyə bilərlər.

Ölkə qanunvericiliyinin 247-ci maddəsinə əsasən uşaq 15 yaşdan etibarən valideyninin razılığına əsasən işləyə bilər. Əgər uşaq əməyindən istifadə ilə bağlı fakt aşkarlanarsa, bizə məlumat daxil olarsa, polis və müvafiq İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq. İşləyən uşağın vəziyyəti öyrənilir. Onun nə səbəbdən işlədiyi araşdırılır.  Aşkarlanan hallar zamanı ölkə qanunvericiliyi və məsələ ilə bağlı beynəlxalq təcrübə əsas götürülür. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının iki Konvensiyasına qoşulub: "İş fəaliyyəti üçün minimum yaş həddi" (138 saylı Konvensiya) və "Uşaq əməyinin ən pis formalarına dair və onların aradan qaldırılması"na dair 126 saylı Konvensiya. Konvensiyalarda uşaq əməyinin nə olduğu və uşaq əməyinin ən pis formaları dedikdə nəyin nəzərdə tutulduğu açıq şəkildə göstərilib”.

SON DƏQİQƏ: İŞİD lideri xortladı! - Ölməyib!-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR