Öldükdən sonra dondurulma xidməti - Onlar gələcəkdə diriləcəklərmi? - ARAŞDIRMA

Əsrlər boyunca insanlığın əldə etdiyi mədəniyyətdə, tarixdə, elmdə özünün əbədi bir həyata sahib olmasını istəməsindən başqa nə var ki? 

 Hətta dünya nağıllarında, mif və əfsanələrində, dastan və epopeyalarında, qədim şeirlərdə, mətnlərdə, yazılarda, xalçalarda, ornamentlərdə, simvollarda bunun örnəyini yetərli qədər görmək mümkün.

Azərbyacanlıların yaddaşında əbədi həyat ifadəsi məncə, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərindəki İsgəndərin sonsuz bir həyata qovuşması üçün dirilik suyunun ardınca uzun bir yolçuluğa çıxmaqla qalıb.

Hətta şumerlərə məxsus "GİLQAMIŞIN DASTANI" əsərində də insanın əbədi həyat axtarışı geninə-boluna təsvir edilir. Bu dünyada heç bir söz, ifadə, fikir boşuna yaranmayıb.

Ən şübhə etdiyimiz məsələlərdə belə aradan illər keçəndən sonra, o şübhə etdiklərimizin həyatımızın bir parçasını oluşdurduğunun şahidinə çevrilirik. Uçan xalçaların, sehirli güzgülərin ardındakı reallıq bu gün o qədər sadə, adi və bəsitdir ki, artıq bu gerçəklər bizi heyrətləndirmir.

Gələk mövzumuza. İnsanın bu dünyada sonsuza qədər yaşama arzusu, ölməmək istəyi hansı həqiqəti vəd edir?

Ümumiyyətlə, məlumat üçün bildirim ki, elm adamlarının apardığı araşdırmalar sonucuna görə, əbədi həyat anlayışının təkcə insanlara deyil, dünyadakı istənilən canlının xarakterində, təbiətində olduğu isbatlanıb. Siçanın, pişiyin, hətta milçəyin də uzun yaşama istəyi elmi yollarla təsdiqlənmişdir.

Insan oğlunun Yer kürəsi ilə tanış olduğu gündən əbədi yaşam sevdasının baş alıb getməsi, onu bu yolda fərqli düşüncələrə baş vurmağa sövq edib.

Son əldə edilən elmi dəlillərdən və üsullardan biri də insanın ömrünü uzatmaq üçün onun bədəninin dondurulma üsuludur.

 Hətta elm adamları ölmüş insanları yenidən diriltmək üçün bir çox çalışmaya edərək cəsarətli addımlar atmıblar. 2011-ci ildə Sibirin Tumat bölgəsində 12500 illik it cəsətləri tapılması elm adamları üçün olduqca düşündürücü idi.

Alimlər tapılan it cəsədlərindən alınan DNT-ləri analiz edərək gen xəritələrini çıxardılar. Indi o vaxtlar yaşamış olan it növlərinin təkrar həyata gətirlməsi planlaşdırılır. Diriltmə əməliyyatı yalnız itlərin üzərində deyil, insanların da cəsədləri üzərində aparılır. Hazırki prosedur insanların ölümündən sonra dondurularaq yenidən dirildilməsi proyektinə daxil olur və ölümünün ardınca davam edən zamanın qeyri-müəyyənliyini qəbul edir. Bu proyektin məqsədi günümüzdə müalicəsi mümkün olmayan xəstəliklərin gələcəkdə inkişaf etmiş tibbi imkanlarla müalicə edilə bilməsinə inanılmasıdır.

Amerika dövlətinin əsasını qoyan Benjamin Franklin o vaxtın məhşur tibb alimi Jasquas Dubourqa 1773-cü ildə yazdığı iki sətrilik məktubu da maraq doğurur:”

Keşkə insanları dondurub gələcəkdə oyandıracağımız elmi bir metod mümkün olsaydı. Bu sayədə Amerikanın 100 il sonrasını bir günlüyünə görə bilməyi, sonra da ölməyi belə qəbul edərdim. Gələcəkdə elmimizin bunları da bacaracağından qətiyyən şübhəm yoxdur.”

Aradan illər keçdi. Dondurularaq hardasa ölümsüzlüyə çatmağın təcrübələri əldə edildi. 12 yanvar 1967-ci ildə dünyada ilk dəfə dondurulan insan olaraq Kaliforniya unversitetinin pisxologiya professoru Ceyms Bedford tarixə keçdi. O zamanın şərtləri və imkanları indikinə nisbətən aşağı olduğundan, Bedfordun bədəni hələ də dondurulmuş şəkildə saxlanılsa da, bəzi hüceyrələrinin xarab olduğu haqda xəbərlər də yayılıb.

Bu hadisədən sonra srioniks (gələcəkdə çağdaş tibbi texnologiyanın sayəsində insan və heyvan bədəninin dondurulması) ilə maraqlananlar insanın hüceyrələrinə zərər verməyəcək şəkildə dondurma imkanları üzərində işlədilər.

Sonrakı vaxtda isə 9 insanın da dondurulması barədə elm adamları tərəfindən məlumat verildi. 1979-cu ildə srioniks üçün faciəli bir il oldu. İnstitutda saxlanılan 9 bədənin hamısı tamamı ilə çürümüşdü.

Sonradan məlum olmuşdur ki, srioniks institutunun enerji izolyasiyası tam 6 il imiş ki xarab olaraq soyuducu sistemini sıradan çıxarmışdır. İnstitutda sadəcə olaraq ilk dondurulmuş insan professor Bedfordun bədəni qurtarıldı.

O gündən bu günə srioniks sahəsində 1977-ci ildən etibarən “Alkor” lider şirkət olaraq tanındı və bu sahədə 2-3 şirkət də fəaliyyət göstərməkdədir.

Indiyə qədər bu şirkətlərdə anlaşma yolu ilə 230 insan dondurulmuşdur. Öldükdən sonra 1000-dən çox insanın dondurulması üçün özlərinin imza atması faktı da bilinməkdədir.

Bütün bu prosedur üçün sərf edilən xərc nə qədərdir? Bu işi ən ucuz həyata keçirən şirkət bədəni dondurmaq üçün 28 min dollar tələb edir. Dünyanın srioniks devi olan “Alkor” şirkəti isə bədən qoruma işləri üçün 150 min dollar istəyir.

Bir bədəni dondurmaqdan əlavə əgər oyandığınızda o zamanın texnologiyasında bir hüceyrədən bədən düzəldilə biləcəyinə inanırsınızsa, siz öldükdən sonra başınızı kəsdirər və başınızı dondura bilərsiniz. Bunun xərci də “Alkor” şirkətində təxminən 80 min dollardır.

Bizim ölkəmizdə belə bir anlaşmaya imza atan insanın olub olmadığından xəbərim yoxdur. Türkiyənin ilk srionikstçilərindən biri Çərkəz Ədhəmin qardaşı oğlu Günər Kuban anlaşmaya imza atmış və öldükdən sonra dondurulmasını gözləyir.

Xanaəmir Telmanoğlu/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR