“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunan filmin premyera öncəsi nümayişi keçiriləcək

“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunan filmin premyera öncəsi nümayişi keçiriləcək
14:47 17 İyul 2017
47 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyul. REPORT.AZ/ “CinemaPlus Gənclik Mall” kinoteatrında iyulun 25-də əfsanəvi rep musiqiçi Tupak Şakura həsr olunan “2pac: Əfsanə” filminin qapalı premyera öncəsi nümayişi keçiriləcək.
"Report"un məlumatına görə, Benni Bumun rejissorluq etdiyi filmdə baş rolları Demetrius Şipp, Danay Cekesay və Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa edib.
Filmdə rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri əks olunub. Dəfələrlə həbs olunan və müxtəlif məsələlərdə ittiham edilən qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep mədəniyyətinin ən nüfuzlu simasına çevrilib.
Tədbirdə qonaqları furşet və filmin ssenarisinə uyğun surprizlər gözləyir. Həmçinin, “2pac: Əfsanə” filmini hamıdan tez izləmək istəyənlər “CinemaPlus Gənclik Mall” kinoteatrın kassalarında artıq bilərləri əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/cinemaplus-da-efsanevi-repci-tupaka-hesr-olunan-filmin-premyera-oncesi-numayisi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR